Ərdoğan: “Bütün dünya bizim Putinlə danışıqlarımızın nəticəsini gözləyir”

4-09-2023, 16:15           
Ərdoğan: “Bütün dünya bizim Putinlə danışıqlarımızın nəticəsini gözləyir”
Bütün dünya Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Soçidə taxıl müqaviləsi ilə bağlı məsləhətləşmələrinin nəticəsini gözləyir.

Bu barədə Türkiyə lideri rusiyalı həmkarı ilə danışıqlara başlamazdan əvvəl qeyd edib.

“Bu gün bütün dünya Türkiyə-Rusiya sammiti zamanı taxıl dəhlizi barədə xəbərləri izləyir. Onlar bu gün nəticənin necə olacağını gözləyirlər. Düşünürəm ki, görüşlərimizin nəticələri üzrə keçiriləcək mətbuat konfransında veriləcək məlumat xüsusilə inkişaf etməkdə olan Afrika ölkələri olmaqla bütün dünyanın xeyrinə olacaq bir addımdan bəhs edəcək”, - deyə Ərdoğan bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.