Yunan mətbuatı: "Türkiyə bizi danışıqlar masasına oturmağa məcbur etdi"

5-09-2023, 14:47           
Yunan mətbuatı:
Xarici işlər naziri Hakan Fidan bu gün Ankarada Yunanıstanın xarici işlər naziri Yorqo Gerapetritis ilə görüşəcək.

Publika.az xəbər verir ki, görüş Yunanıstan mətbuatının və ictimaiyyətinin də gündəmindədir. Belə ki, yunan mətbuatında “Türkiyə bizi danışıqlar masasına oturmağa məcbur etdi” fikri tez-tez qabardılır. Yazılan məqalələrdə Türkiyənin İsrail və Misirlə əlaqələrinin inkişafına xüsusi diqqət yetirilib, Yunanıstana qarşı Albaniya və Liviyanı öz sıralarına götürdüyü qeyd edilib.

Ölkə mətbuatında görüş zamanı siyasi dialoq, etimad yaradılması tədbirləri və müsbət gündəm məsələləri müzakirə olunacağı bildirilib. Gərginlikdən uzaq bir görüş gözləntisinin olduğu vurğulanıb ki, bu da iki tərəf arasında əlaqələrin güclənməsinə şərait yaradacaq.

Yunan ictimaiyyəti Fidan-Gerapetritis görüşünə diqqət yetirərkən, Kipr Rum Administrasiyasında İsrail və Yunanıstan liderlərinin iştirakı ilə toplantı keçirilib. Yunanıstanın baş naziri Kiriakos Miçotakis, "Türkiyə ilə Yunanıstan arasındakı bu yaxşı iqlimin ardıcıllıq və davamlılığı olmalıdır",- deyə qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.