Ərdoğan Putinin “Taxıl sazişi”nin yenilənməsi üçün 2 şərtini açıqlayıb

5-09-2023, 15:42           
Ərdoğan Putinin “Taxıl sazişi”nin yenilənməsi üçün 2 şərtini açıqlayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara Dəniz Taxıl təşəbbüsünün (“Taxıl sazişi”nin) yenilənməsi üçün Rusiya Prezidenti Vladmir Putinin 2 şərtini açıqlayıb.

TEREF.AZ APA-ya istinadla xəbər verir ki, bu barədə Türkiyə lideri Soçi səfərindən sonra təyyarədə jurnalistlərin suallarını cavablandırarkən açıqlama verib.

Şərtlərdən biri Rusiya Kənd Təsərrüfatı Bankının (Rosselxozbank) Türkiyənin “Ziraat Bankı”nın SWIFT sisteminə qoşulmasından ibarətdir.

Türkiyə Prezidentinin sözlərinə görə, Putinin ikinci şərti taxıl nəqlində iştirak edən gəmilərin sığortalanması məsələsinin həllidir.

Ərdoğan onu da əlavə edib ki, Rusiya Prezidenti Putin ilkin mərhələ üçün 6 ölkəyə 1 milyon ton taxıl göndərməyə razılaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru