Təqaüdçü müəllim Qulamrza Əsgəri Ərdəbil həbsxanasından zaminə buraxılıb

6-09-2023, 10:04           
Təqaüdçü müəllim Qulamrza Əsgəri Ərdəbil həbsxanasından zaminə buraxılıb
Təqaüdçü müəllim Qulamrza Əsgəri Ərdəbil həbsxanasından mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Bu barədə İran İşçilərinin Azad Birliyinin Telegram kanalı məlumat verib.

Təqaüdçülərin etiraz mitinqində iştirak etməsi nəticəsində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən Qulamrza Əsgəri bir həftə həbsdə saxlanıldıqdan sonra sentyabrın 2-də 200 milyon tümənlik girov müqabilində Ərdəbil həbsxanasından məhkəmənin son qərarına qədər sərbəst buraxılıb.

Avqustun 29-da Ərdəbilin müəllimlər həmkarlar ittifaqının üzvü olan Qulmarza Əsgəri təqaüdçülərin mitinqində iştirak etmək üçün hazırlaşdığı zaman təhlükəsizlik qüvvələri tərəfindən evində həbs edilərək naməlum yerə aparılmışdı.
HRA xəbər agentliyi Qulamrza Əsgərinin keçən il ölkədə baş tutan ümumxalq etirazları zamanı oktyabrın 22-də Ərdəbil şəhərində həbs edildiyi və oktyabrın 29-da azadlığa buraxıldığı barədə məlumat vermişdi.

İranda müxtəlif sosial təbəqələr, o cümlədən müəllimlər, dövlət təqaüdçüləri və işçilər qiymətlərin kəskin artması, müalicə xərclərinin artması və artan inflyasiya səbəbindən etiraz aksiyası keçirir.

Təqaüdçülər həyat şəraitinin yaxşılaşdırılması üçün təsdiq edilmiş bəzi qanunların o cümlədən, tibbi sığortanın yaxşılaşdırılması və pensiyaların bərabərləşdirilməsi kimi parlamentdə təsdiqlənmiş qanunların uzun müddətdir hökumət tərəfindən icra olunmamasına etiraz olaraq, həftənin müəyyən günlərində İranın bir çox şəhərlərində etiraz aksiyaları keçirirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.