Ərdoğan Türkiyədə bahalaşmaya qarşı daha sərt mübarizə vəd edib

6-09-2023, 10:24           
Ərdoğan Türkiyədə bahalaşmaya qarşı daha sərt mübarizə vəd edib
Ərdoğan Türkiyədə bahalaşmaya qarşı daha sərt mübarizə vəd edib

Türkiyə hakimiyyəti avqust ayında 56%-ə çatan inflyasiyanın artması səbəbindən ölkədə bahalaşmaya qarşı mübarizəni gücləndirmək niyyətindədir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Nazirlər Kabinetinin 4 saatlıq iclasından sonra deyib.

“Avqust ayında illik inflyasiyanın 56%-ə çatması yaşayış bahalığına qarşı mübarizənin daha da sərtləşdirilməsinə ehtiyac olduğunu göstərir. Biz bir çox çətinliklərin öhdəsindən gəlmiş hökumət olaraq Allahın köməyi ilə inflyasiyanı diz çökdürəcəyimizə ürəkdən inanırıq. Biz inflyasiyanın azaldılması üçün proqramları qətiyyətlə həyata keçiririk”, - deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, sabah hakimiyyət uzun müddətdir hazırlanmış iqtisadiyyatın inkişafı üzrə ortamüddətli planın icrasına başlayacaq. \\Report.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru