Ərdoğandan Kərkük və Suriya açıqlaması...

6-09-2023, 09:05           
Ərdoğandan Kərkük və Suriya açıqlaması...
Sərhədlərin təhlükəsizliyini təmin edərkən bölgənin tarazlığını qoruyan siyasət yürüdürük. İnanırıq ki, ən doğru, sağlam və davamlı həll yolu Kərkük şəhəri başda olmaqla, bölgənin, xüsusən də şəhərin demoqrafik reallıqlarına diqqət yetirən bir inzibati strukturun qurulmasıdır.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Suriyada ABŞ-ı dəfələrlə separatçı terror təşkilatı ilə əməkdaşlıq etməməsi, bu cür davranmağa davam edərsə, gələcəkdə həm öz maraqlarına, həm də bölgəyə ziyan vuracağı ilə bağlı xəbərdarlıq etdik. Əslində son dövrlərdə baş verənlər narahatlıq və xəbərdarlıqlarımızın haqlı olduğunu açıq şəkildə göstərir. Rejimin həll yolu yox, problemin bir parçası olmaqda inad etməsi bölgədəki problemləri daha da dərinləşdirir. Türkiyə olaraq Suriyanın ərazi bütövlüyünü etnik və məzhəb quruluşu da daxil olmaqla, demoqrafik reallıqlara əsaslanan qalıcı həll üçün çalışmalara davam etdirmək əzmindəyik. Amerika, Rusiya, İran və Suriya rejimi də daxil olmaqla, regiondakı qruplara təsiri olan bütün tərəfləri bu istiqamətdə səy göstərməyə dəvət edirik”, - Ərdoğan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru