Leysanın İstanbula vurduğu zərər: 1,8 minə yaxın ev, mağaza... - VİDEO

6-09-2023, 11:34           
Leysanın İstanbula vurduğu zərər: 1,8 minə yaxın ev, mağaza... - VİDEO
Çərşənbə axşamı axşam saatlarında yağan güclü leysanın İstanbulda ciddi fəsadlar törətdiyi haqda məlumat vermişdik.

Publik.az xəbər verir ki, leysanın şəhərə vurduğu ziyanla bağlı ilkin rəqəmlər açıqlanıb. Bildirilir ki, İstanbulda 1,8 minə yaxın ev, mağaza və ofis su altında qalıb. Bu barədə İstanbul valiliyi məlumat yayıb.

Ölənlərin sayı iki nəfər olaraq qalır. “Bunlar 57 yaşlı Yıldız Yurtseven və 32 yaşlı Qvineya vətəndaşı İraman Kabidir. Daşqından zərər çəkmiş daha 12 nəfərin xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə səlahiyyətlilər bildirib.

Şəhər prokurorluğu ölüm faktları ilə bağlı araşdırmalara başlayıb.

“İlkin olaraq 1754 yaşayış binası və ofis daşqından zərər çəkib. Orada heç bir vətəndaş qalmayıb. Ehtiyacı olanlar yataqxanalara göndəriləcək. Daşqından qismən zərər çəkmiş Başakşehir Dövlət Xəstəxanası, Çam və Sakura xəstəxanalarında tibbi xidmətlər göstərilir”, - valilik bildirib.

Səlahiyyətlilər bildirirlər ki, leysan yağışları sentyabrın 5-də Bakı vaxtı ilə saat 22:00 radələrində paytaxtda başlayıb və bir sıra ərazilərdə daşqınlara səbəb olub. Ortalama hər kv. m-ə 125 mm yağıntı düşüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.