Naxçıvanlılara Türkiyədə niyə oturum izni verilmir? - İLGİNC

7-09-2023, 00:03           
Naxçıvanlılara Türkiyədə niyə oturum izni verilmir? - İLGİNC
Müəyyən səbəblərdən adlarının çəkilməsini istəməyən və hal-hazırda İstanbulda yaşayan Naxçıvan şəhər sakinləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər Türkiyədə azərbaycanlılara müvəqqəti yaşamaq izninin verilməməsinə etiraz edirlər:

"Yazaraq sizə bildiririk ki, Türkiyədə azərbaycanlıların vəziyyəti çox çətindir. Allah xatirinə, bu yazını ictimailəşdirin. 18 ildir çörək pulu dərdindən Naxçıvandan Türkiyəyə köçmüşük. Bizlərə oturum vermirlər, deport edəcəklər.

İlk əvvəl bizi kamplara yığıb, orada 20 gün ac-susuz saxlayırlar. Sonra evə göndərirlər və evdən çıxmağa da icazə vermirlər.

Ukraynalılara və Axıska türklərinə oturum verirlər, sırf biz naxçıvanlılara vermirlər. Biz qaçaq vəziyyətdə yaşamaq məcburiyyətində qalırıq. Qaçaq vəziyyətdə də nə işləyə, nə də başqa bir iş görə bilirik. Ancaq gizlin evdə oturmalıyıq.

Kirayə pulunu, çörək pulunu hardan alacağıq, bilinmir. Kamplarda saxlanılanların hamısı azərbaycanlılardır. Səsimizi lazımı yerlərə çatdırın".

Redaksiyadan: Mövzunu araşdıracağıq. //Hurriyyet.az//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.