Universitetin rektorundan biabırçılıq: Özünü iki yerdə dekan yazdırdı, həyat yoldaşına isə…
7-09-2023, 10:25
Şırnak Universitetinin rektoru Əbdürrəhim Alkış özünü iki fakültənin dekanı təyin edib.
32gun.az Türkiyə KİV-nə istinasən bildirir ki, rektoeun əməli bununla bitməyib.
Rektor Alkış həyat yoldaşı Ebru Nazlı Alkışı da Şırnak Universitetinin təsəvvüf sahəsində magistratura pilləsinə qəbul etdirib.
Ebru Nazlı Alkış 73,86 Bakalavr Məzuniyyət qiymətinə və 70,24 ALES balına sahib olduğu halda, magistr dərəcəsinə haqq qazandığı görülüb.
Alkışın universitetdəki qanunsuzluqları haqqında danışan professor-müəllim heyəti, "Əbdürrəhim Alkış qalmaqalları bitmir. Dəbdəbəli ofis maşını qalmaqalları, tələbə zəhərlənməsi, özəl qeyri-qanuni akademik heyət açıqlamalarından sonra universitetin rektoru olacağam deyib və arvadını magistraturaya qəbul etdirib.
Daha sonra rektor vəzifəsinə təyin olunub.
Alkışın magistraturanı bitirdikdən sonra məqsədi İlahiyyat fakültəsində akademik kadr açmaq və həyat yoldaşını akademik heyətə cəlb etməkdir. Alkış yaranmış qalmaqallara məhəl qoymadan universitetimizdə yeni qalmaqallar törətməyə davam edir”.