NATO Baş katibi Türkiyəyə təşəkkür etdi - SƏBƏB

7-09-2023, 15:03           
NATO Baş katibi Türkiyəyə təşəkkür etdi - SƏBƏB
NATO Baş katibi Yens Stoltenberq “Taxıl sazişi” ilə bağlı səylərinə görə Türkiyəyə təşəkkür edib.

Bizim.Media xəbər verir ki, o, bu barədə Avropa Parlamentinin Xarici Əlaqələr, Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin Brüsseldə keçirilən iclasında çıxışı zamanı deyib.

Alyans rəhbəri Türkiyənin səylərini alqışladığını bildirib: “Biz Rusiyanın “Taxıl sazişi”ndən çıxmasını pisləyir və Türkiyənin səylərini alqışlayırıq”.

Xatırladaq ki, 2022-ci il iyul ayında Türkiyə, Rusiya, Ukrayna və BMT-nin iştirakı ilə "Taxıl sazişi" imzalanıb. Sənədin müddəti bu il iyulun 17-də başa çatıb və Moskva sazişdə iştirakını dayandırıb.
BMT Təhlükəsizlik Şurasının iyulun 21-də keçirilən iclasında əksər ölkələr Rusiyanı "Taxıl sazişi"nin müddətini uzatmağa çağırıb.

Qeyd edək ki, sentyabrın 4-də Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Soçidə “Taxıl sazişi”nin gələcəyini müzakirə ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru