Dünya Bankından Türkiyə açıqlaması

8-09-2023, 00:04           
Dünya Bankından Türkiyə açıqlaması
Dünya Bankı Türkiyə iqtisadiyyatı və iqtisadi siyasəti ilə bağlı açıqlama verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Dünya Bankının Türkiyə üzrə Ölkə Direktoru Humberto Lopez danışıb.

“Türkiyə iqtisadiyyatını sabitliyə qovuşduracaq politikaların gerçəkləşdirilməsində Türkiyəyə dəstək olmaqda qərarlıyıq”, – deyə Ölkə Direktoru Humberto Lopez söyləyib.

Lopez bununla yanaşı, yeni yardım paketi barədə danışıb.

“Davam edən 17 milyard dollarlıq proqramımıza əlavə olaraq, 3 il içində Dünya Bankı Yönəltmə Qurumuna 18 milyard dollarlıq yeni əməliyyatlar hazırlamağı və təqdim etməyi proqnozlaşdırırıq. Türkiyə Mərkəzi Bankının pul siyasətini sərtləşdirməsinin və Xəzinə və Maliyyə Nazirliyinin maliyyə kəsirini azaltma tədbirlərinin doğru yöndə atılan addımlar olduğuna inanırıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru