Türkiyədə avtobusda halı pisləşən gənci sürücü xilas etdi - VİDEO

8-09-2023, 11:24           
Türkiyədə avtobusda halı pisləşən gənci sürücü xilas etdi - VİDEO
Türkiyədə sərnişin avtobusunda halı qəfil pisləşən gəncin həyatı sürücünün cəld reaksiyası sayəsində xilas olub. Baş verənlər müşahidə kamerasına düşüb.

Məlumata görə, hadisə Qaziantepdə yaşanıb.

Sürücü sərnişinlərdən birinin huşunu itirdiyini görüb marşrutu dəyişib və avtobusu yaxınlıqdakı xəstəxanaya çatdırıb.


Tibbi müəssisədə 33 yaşlı Burak Şimşəkin infarkt keçirdiyi aydın olub. Həkimlərin sözlərinə görə, bir az da gecikilsəydi, xəstənin həyatını xilas etmək mümkün olmazdı.
Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu vurğulanıb.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru