Ərdoğan Putinlə görüşünün nəticələrini G20 sammitində açıqlayacaq

8-09-2023, 12:47           
Ərdoğan Putinlə görüşünün nəticələrini G20 sammitində açıqlayacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə 4 sentyabrda Soçidə keçirilən danışıqların nəticələri barədə G20 sammitində danışacaq.

APA xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyədəki diplomatik mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, keçirilmiş görüş zamanı əsasən, "Taxıl sazişi" ətrafındakı vəziyyət müzakirə edilib. İki ölkə liderləri həmçinin regional və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıb.

Xatırladaq ki, 18 iyuldan etibarən Rusiya “Taxıl sazişi”nə iştirakını dayandırıb, hökumət Türkiyə, Ukrayna və BMT-ni bu barədə məlumatlandırıb. Rusiya lideri Vladimir Putin bunu onunla izah edib ki, BMT-nin səylərinə baxmayaraq, razılaşmada nəzərdə tutulan Rusiya ilə bağlı şərtlər yerinə yetirilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru