Azərbaycan Ərzurumun ən çox məhsul ixrac etdiyi ölkələr siyahısında ikincidir

9-09-2023, 15:44           
Azərbaycan Ərzurumun ən çox məhsul ixrac etdiyi ölkələr siyahısında ikincidir
Ötən ay Türkiyənin Ərzurum şəhərindən ən çox məhsul ixrac olunan ölkələr siyahısında Azərbaycan ikinci pillədə qərarlaşıb.

"APA-Economics" “Erzurum” qəzetinə istinadən xəbər verir ki, avqust ayında qardaş ölkənin şəhərindən Azərbaycan 523,4 min dollarlıq məhsul ixrac edilib.

Ümumilikdə isə, yanvar-avqust aylarında Ərzurumdan ən yüksək dəyərdə ixracat reallaşan ölkələr siyahısında da 17,8% payla Azərbaycan ikincidir. Belə ki, qeyd olunan dövrdə Ərzurumdan Azərbaycana 3 mln. 27 min dollar dəyərində məhsul ixrac olunub. Bununla yanaşı, Ərzurumdan Azərbaycana olan ixracatda 56,9% artım qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru