BULVARDA DƏHŞƏTLİ OLAY: Kişi arvadını və baldızını başından güllələyib intihar etdi (FOTO)

11-09-2023, 11:34           
BULVARDA DƏHŞƏTLİ OLAY:
Ankarada bulvarda dəhşətli hadisə baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Hüseyn Yüksel boşanma prosesində olan arvadını və baldızını tapança ilə başından vuraraq öldürüb. Daha sonra Hüseyin Yüksel eyni silahla həyatına son qoyub.

Hadisə ilə bağlı məlumatda bildirilir ki, tütün satışı gerçəkləşdirən mağaza işlədən Hüseyn Yüksel boşanma prosesində olan həyat yoldaşı Emine Yüksel və baldızı Çiğdem Dəmirlə bulvarda qarşılaşıb. Cütlük küçənin ortasında mübahisə edib. Bundan sonra Hüseyn Yüksel həyat yoldaşı Əminəni və baldızı Çiğdem Dəmiri tapança ilə başından vuraraq öldürüb. Yüksel daha sonra eyni silahla həyatına son qoyub. Emine Yükselin 3, Çiğdem Dəmirin isə 2 övladı var.

esini-ve-baldizini-oldurup-intihar-etti_3970_dhaphoto2
Hadisə yerinə gələn polislər ərazidə araşdırma aparıb. Hadisə zamanı dünyasını dəyişənlərin cəsədləri Kahramankazan Həmdi Eriş Dövlət Xəstəxanasının meyitxanasına aparılıb.

Digər tərəfdən, Emine Yükselin bir müddət əvvəl boşanma mərhələsində olan ərini uzaqlaşdırmağa qərar verdiyi, lakin bu müddətin bitdiyi bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru