Kəşfiyyatın aylar öncə orduya göndərdiyi hesabat üzə çıxdı - Çevriliş cəhdinin səbəbləri məlum olur

26-07-2016, 16:38           
Kəşfiyyatın aylar öncə orduya göndərdiyi hesabat üzə çıxdı - Çevriliş cəhdinin səbəbləri məlum olur
Türkiyədə kəşfiyyat rəsmilərinin Ali Hərbi Şuranın (YAŞ) növbəti iclasından bir neçə ay əvvəl ordunun Baş Qərargahını xəbərdarlıq etdiyi məlum olub.

Avropa.info xəbər verir ki, Baş Qərargaha təqdim olunan hesabatda vəzifə və rütbədə yüksəlməsi gözlənilən polkovnik və generalların üçdə birinin Gülənçi olduğu göstərilib.

Müəyyən olunan adlara bağlı məlumatların olduğu hesabat çərçivəsində qərargahda araşdırma başladılıb. Gülən şəbəkəsinin üzvlərinin Ali Hərbi Şuradan sonra Silahlı Qüvvələrdə təmizlik ediləcəyini anlayınca çevriliş etmək qərarına gəldikləri ehtimal olunur.

Əldə olunan məlumata görə “Ergenekon” istintaqının Gülən camaatının qurduğu oyun olduğu üzə çıxdıqdan sonra Silahlı Qüvvələrin yüksək rütbəli sabitləri Türkiyə kəşfiyyatı tərəfindən izlənməyə başlanıb.

Mart ayında başlanan genişmiqyaslı araşdırma zamanı Ali Hərbi Şurada haqlarında qərar qəbul olunacaq zabitlərin təxminən üçdə birinin Gülən camaatı ilə əlaqəsi olduğu məlum olub. Məhz bundan sonra kəşfiyyat rəsmiləri hazırlanan siyahını Baş Qərargaha göndərib.

Ehtimallara görə Baş Qərargaha təqdim edilən siyahı Gülən şəbəkəsi tərəfindən ələ keçirilib və ordu daxilində təşkilatlanmış Gülən camaatı avqust ayında keçirilməsi planlaşdırılan Ali Hərbi Şurada ciddi güc itkisinə məruz qalacağını düşünərək 15 iyulda çevrilişə cəhd edib.

Kəşfiyyat rəsmiləri çevriliş cəhdindən sonra başladılan istintaq çərçivəsində həbs olunan yüksək rütbəli zabitlərdən təxminən 100-nün sözügedən siyahıdakı adlar olduğunu bildirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru