“Ərdoğanın helikopterini gördüm, ancaq...” - Pilot

26-07-2016, 20:20           
“Ərdoğanın helikopterini gördüm, ancaq...” - Pilot
Türkiyədə baş verən hərbi çevrilişə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın qaldığı otelə hücum edən pilotlardan biri - polkovnik-leytenant Davud Uçum ifadə verib.

Axar.az xəbər verir ki, o, prezidentin olduğu helikopteri gördüyünü, lakin bunu gizlətdiyini bildirib:

“Mərmərədəki otelə yaxınlaşanda digər helikopterlər aşağıdan, biz isə yüksəkdən uçurduq. Orada prezidentin helikopterini gördüm, ancaq heç kimə demədim. Bunu məndən başqa heç kim görmədi”.

Davud Uçum Fətullah Gülənin adamlarının onunla əlaqə yaratmağa çalışdıqlarını da qeyd edib:

“Məktəbdə oxuyarkən Gülən camaatının üzvləri məni elm öyrətmək bəhanəsi ilə evlərinə aparırdılar. Ancaq sonralar onlar mənimlə dəfələrlə əlaqə yaratmağa çalışsalar da, buna imkan vermədim. Hətta Hərbi Hava Məktəbində oxuyanda da mənimlə görüşmək istədilər, razılaşmadım. Bizi aldatdılar, əməliyyatın məğzindən xəbərimiz yox idi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru