İstanbulun Fatih məscidində bıçaqlı insident olub

9-01-2024, 13:09           
İstanbulun Fatih məscidində bıçaqlı insident olub
İstanbulun Fatih məscidində bıçaqlı insident baş verib. Hadisə nəticəsində məscidin imamı və bir vətəndaş yaralanıb.
Hadisə ilə bağlı İstanbul Valiliyi açıqlama verib.
Açıqlamada bildirilib ki, yanvarın 8-i saat 19.15 radələrində naməlum şəxs İstanbuldakı Fatih məscidinin içərisində şüarlar səsləndirərək iğtişaş yaradıb. Məscidin imamı Qalip Usta ona xəbərdarlıq edərək məsciddən çıxmasını istəyib. Bunun ardından, imam və Bilal Erdem adlı vətəndaş həmin şəxs tərəfindən bıçaqlı hücuma məruz qalıb.
Hadisəni törədən şəxs mühafizəçilər tərəfindən saxlanılaraq nəzarətə alınıb. Xəsarət alan imam və vətəndaş xəstəxanaya yerləşdiriliblər. Xəsarət alan hər iki nəfərin həyati təhlükəsi var. (AzərTac)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru