Türkiyədə kişi arvadını və körpəsini otağa bağlayaraq evi yandırıb - VİDEO

10-01-2024, 08:29           
Türkiyədə kişi arvadını və körpəsini otağa bağlayaraq evi yandırıb - VİDEO
Türkiyənin Manisa şəhərinin Şeyhsinan rayonunda həyat yoldaşı ilə mübahisə zamanı əsəbiləşən kişi arvadını və doqquz aylıq körpəsini otağa bağlayaraq evi yandırıb.

Məlumata görə, evdən tüstü qalxdığını görən qonşular yanğınsöndürən qruplar çağırıblar.

Hadisə yerinə gələn qruplar yanğın nərdivanından istifadə edərək ana və körpəsini kilidli olduğu otaqdan çıxarıblar. Yanğının qarşısı alınıb, faktla bağlı araşdırmalara başlanılıb.

Mənbə: ahaber.com.tr












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru