Rus qadınlardan ibarət mütəşəkkil dəstə yaxalandı – Milyonyarım dollarlıq oğurluq

9-02-2024, 00:44           
Rus qadınlardan ibarət mütəşəkkil dəstə yaxalandı –
Türkiyənin təhlükəsizlik qüvvələri Mersin şəhərinin rusdilli sakinlərinin 50-dən çox mənzilini qarət edən qadınlardan ibarət dəstəni saxlayıb.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, ümumilikdə 10 qadın və 2 kişi saxlanılıb. İstintaq zamanı məlum olub ki, onlar avtomobillərini potensial qurbanlarının evlərin yaxınlığında saxlayaraq onları müşahidə ediblər.

Polis növbəti quldurluğa qədər xüsusi əməliyyat təşkil edib və dəstəni yaxalayıb. Axtarış zamanı oğrulardan tornavidalar və müxtəlif qapıları açan xüsusi qurğular götürülüb.

Saxlanılanlardan bir neçə qızın azyaşlı olduğu məlum olub, onlar dindirildikdən sonra sərbəst buraxılıblar.

Ümumilikdə Mersinin rusdilli sakinlərindən ən azı 11 müraciət daxil olub, ümumi ziyan isə bir milyon yarım dollardan çox olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru