Konqres təsdiqlədi: Türkiyəyə “F-16”lar satılacaq!

12-02-2024, 10:34           
Konqres təsdiqlədi: Türkiyəyə “F-16”lar satılacaq!
ABŞ Konqresi Türkiyəyə 40 yeni “F-16” qırıcısının satışı və mövcud “F-16” qırıcılarının
modernləşdirilməsi ilə bağlı müqaviləni təsdiqləyib.
Bu barədə Amerikanın Ankaradakı səfirliyi özünün “X” səhifəsində məlumat yayıb.
Amerikanın Türkiyədəki səfiri Cefri Fleykin bəyanatında deyilir:
“Konqresin bu həftə Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş “F-16” təyyarəsi almasına razılıq
verməsi irəliyə doğru atılmış böyük addımdır. Türkiyənin “F-16” donanması müttəfiqlər arasında
gələcək qarşılıqlı fəaliyyətin təmin edilməsində NATO qüvvələri üçün çox vacibdir”.
Qeyd edək ki, konqresmenlərin Türkiyənin müraciətinə iki həftə ərzində etiraz etmək hüququ var
idi. Yalnız respublikaçı senator Rend Pol Xarici Əlaqələr Komitəsinə etirazını bildirsə də, heç
nəyə nail ola bilməyib.
Beləliklə, ABŞ qanunları nöqteyi-nəzərindən Türkiyəyə döyüş təyyarələrinin satışını başa
çatdırmaq üçün heç bir maneə qalmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.