Rusiyalı məşhur teleaparıcı yetkinlik yaşına çatmayan qıza qarşı cinsi təcavüzdə ittiham olunur

Dünən, 15:28           
Rusiyalı məşhur teleaparıcı yetkinlik yaşına çatmayan qıza qarşı cinsi təcavüzdə ittiham olunur
Rusiyada Anna adlı qadın məşhur teleaparıcı Aleksandr Qordon tərəfindən cinsi təcavüzə məruz qaldığını iddia edib.

Bu barədə "Wonderzine" nəşri məlumat yayıb.

Məlumatlara görə, qadın bu hadisənin 2010-cu ildə, 17 yaşında olduğu zaman baş verdiyini bildirib. Anna Qordonun pərəstişkarı olduğunu etiraf edib və çəkiliş meydançasında ona yaxınlaşaraq, elektron poçt ünvanını istəyib və onunla yazışmağa başlayıb. Daha sonra Anna bir neçə dəfə teleaparıcı ilə görüşüb və onun sözlərinə görə, Qordon həmin görüşlərdə onunla pis rəftar edib.

Annanın sözlərinə görə, Qordon ondan hamilə qalan 16 yaşlı Jenya adlı bir qızın abort etdiyini söyləyib.

"O, sərxoş olanda həmişə Putin haqqında danışmağa başlayırdı və bir daha Solovyov kimi olmayacağına təəssüflənirdi", - Anna qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.