Yaponiyada son yarım əsrin ən böyük meşə yanğını yayılmağa davam edir
Dünən, 17:14

Yanğınsöndürənlər çərşənbə axşamı Yaponiyada son yarım əsrin ən dəhşətli yanğını ilə mübarizə aparırıblar. Yanğınlar bir nəfərin ölümünə və 4000-ə yaxın yerli sakinin təxliyə edilməsinə səbəb olub.
Televiziyada yayımlanan görüntülərdə rekord dərəcədə az yağıntıdan sonra başlayan yanğından beş gün sonra şimaldakı Ofunato şəhəri ətrafındakı meşəlik ərazidən ağ tüstü qalxdığını göstərilib.
İqlim dəyişikliyinin bütün dünyada temperaturun artmasına gətirib çıxardığı şəraitdə yanğın həmçinin Yaponiyada keçən il rekord isti yay mövsümündən sonra baş verir.
Çərşənbə axşamı səhər saatlarına olan məlumata görə, meşə yanğını təxminən 2600 hektar ərazini əhatə edib, yanğın və fəlakətlərin idarə olunması agentliyi bildirib ki, bu, Nyu-Yorkun Mərkəzi Parkının ərazisindən yeddi dəfə çoxdur.
Bu, 1975-ci ildə Hokkaydo adasının şimalında Kuşiroda baş vermis 2700 hektarlıq ərazinin yandığı meşə yanğınından sonra Yaponiyada qeydə alınan ən böyük bənzər fəlakətdir.
Bazar gününə qədər ən azı 80 binaya ziyan dəydiyi təxmin edilir, lakin təfərrüatlar hələ də qiymətləndirilməkdədir, agentlik bildirib.
Şəhər rəsmisi jurnalistlərə bildirib ki, hərbi və yanğınsöndürmə idarəsinin helikopterləri Ofunato yanğınını söndürməyə çalışır.
“Hazırda yanğının nəzarət altına alınmasına dair heç bir əlamət yoxdur”, rəsmi bildirib.
Gecə qar yağacağı, sonra yağışa keçəcəyi gözlənilir, lakin rəsmi bunun yanğının söndürülməsinə kömək edib-etməyəcəyinə əmin olmadığını bildirib.
“Pis hava şəraiti helikopterlərin su səpməsinə mane ola bilər”, o xəbərdarlıq edib.
Əksəriyyəti Tokio da daxil olmaqla, ölkənin digər bölgələrindən olmaqla, 2000-ə yaxın yanğınsöndürən 2011-ci ildə ölümcül sunami nəticəsində ciddi zərər görmüş İvate bölgəsində havada və quruda işləyir.
Bələdiyyədən verilən məlumata görə, təxminən 4,600 nəfərə təxliyə ilə bağlı xəbərdarlıq edilib, onlardan 3,939-u sığınacaq axtarmaq üçün evlərini tərk edib.
Yaponiyada meşə yanğınlarının sayı 1970-ci illərdəki rekord göstəricilərdən bəri azalıb, lakin ölkədə 2023-cü ildə quru hava şəraitinin mövcud olduğu və küləklərin gücləndiyi fevral-aprel aylarında təxminən 1300 yanğın qeydə alınıb.