Narkozdan ayılan xəstə fərqli ləhcə ilə danışmağa başladı

5-03-2025, 15:44           
Narkozdan ayılan xəstə fərqli ləhcə ilə danışmağa başladı
Qadın çənə əməliyyatından sonra gözlənilməz nəticələrlə üzləşib.
Championat.com xəbər verir ki, 57 yaşlı Avstraliya sakini Kim Hall əməliyyat olunub və anesteziyadan çıxandan sonra ləhcə ilə danışmağa başlayıb.

Qeyd edək ki, 2021-ci ildə xəstəyə çənə xərçəngi diaqnozu qoyulub. O, əməliyyata razılıq verub və bundan sonra danışmağı, yemək və içməyi yenidən öyrənməli olub. Kim nəhayət nitq aparatından tam istifadə edə bildikdə, o, fərqli İngilis ləhcəsi ilə danışdığını görüb. Üstəlik, yeni Hall ləhcəsi Yorkşir sakinləri üçün xarakterikdir.

Qadın heç vaxt Britaniyaya getmədiyini deyib. Həkimlər ona yad aksent sindromu diaqnozu qoyublar. Kimin loqopedinin sözlərinə görə, pozuntu onun saitləri fərqli səsləndirməsinə səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru