Rusiyada miqrantların cəlb olunması üçün yeni ölkələr nəzərdən keçirilir

5-03-2025, 17:44           
Rusiyada miqrantların cəlb olunması üçün yeni ölkələr nəzərdən keçirilir
Rusiyada miqrantların cəlb olunması üçün yeni ölkələrin nəzərdən keçirilməsi planlaşdırılır.

TASS-ın məlumatına görə, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov bəyan edib.

Onun fikrincə, mövcud iqtisadi şəraitdə əmək bazarını təmin etmək üçün əmək miqrantlarının cəlb olunduğu ölkələrin siyahısını genişləndirmək lazımdır.

"Bütün inkişaf etmiş ölkələr fəal şəkildə əmək miqrantları cəlb edirlər. Digər tərəfdən, biz, yəqin ki, yalnız indiyə qədər miqrantları cəlb etdiyimiz ölkələrə fokuslanmamalıyıq. Tamamilə yeni ölkələrə baxmalıyıq, çünki dünyada əmək resurslarını aktiv, sakit və məqsədyönlü şəkildə ixrac edən çoxlu ölkələr var. Biz də buna hazır olmalıyıq", - deyə o, Dövlət Dumasında çıxışı zamanı bildirib.

Reşetnikov nümunə kimi Myanmanı göstərib və bu məsələnin onlarla müzakirə olunduğunu vurğulayıb.

Nazir, həmçinin aidiyyəti nazirliklərlə birlikdə əmək miqrantlarının cəlb edilməsi modelinin formalaşdırıldığını vurğulayıb.

"Bu, asan məsələ deyil. Bununla belə, biz aydın başa düşürük ki, miqrasiyanın düzgün tənzimlənməsi olmadan irəliləmək və əmək bazarını təmin etmək çox çətin olacaq. Buna açıq şəkildə baxmaq və müzakirə etmək lazımdır", - deyə Reşetnikov bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru