Rusiyada məktəbli qız anasının telefonundan dələduzlara yarım milyon rubl köçürüb

5-03-2025, 15:46           
Rusiyada məktəbli qız anasının telefonundan dələduzlara yarım milyon rubl köçürüb
Rusiyanın Sverdlovsk vilayətində yeniyetmə qız məktəbdən gələn zəngə inanaraq anasını pulsuz qoyub.

Gazeta.ru xəbər verir ki, naməlum şəxslər 14 yaşlı qızla məktəb işçisi adından əlaqə saxlayıblar.

Dələduzlar elektron gündəliklərin yoxlanıldığını bildirərək uşağı SMS mesajından gələn kodu diktə etməyə inandırıblar. Yetkinlik yaşına çatmayan qız kodu dedikdən sonra ona başqa bir zəng gəlib. Bu zəngdə ona ilk zəng edənin dələduz olduğu və onun anasının şəxsi məlumatlarına giriş əldə edildiyi bildirilib.

Nəticədə qız anasının hesabındakı bütün pulları cinayətkarların göstərdiyi rekvizitlərə köçürüb. Ümumi zərər yarım milyon rubl təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru