Fələstin Prezidenti Mahmud Abbas bir il ərzində bütün ölkə ərazisində ümumi seçki keçirməyə hazır olduğunu açıqlayıb.
TASS xəbər verir ki, o, bu barədə Ərəb Dövlətləri Liqasının Misirdə keçirilən fövqəladə sammitinin açılışında bildirib.
"Biz təsdiq etmək istərdik ki, şərait imkan verərsə, bir il ərzində həm prezident, həm də parlament seçkisi keçirməyə tam hazırıq", - Abbas vurğulayıb.
Fələstin lideri qeyd edib ki, o, təkcə İordan çayının Qərb sahili və Şərqi Qüdsdə deyil, Qəzza zolağında da seçki keçirilməsini nəzərdə tutur.