“Gülənçi” basketbol ulduzu övladlıqdan çıxarılıb

8-08-2016, 23:07           
“Gülənçi” basketbol ulduzu övladlıqdan çıxarılıb
ABŞ-da peşəkar basketbol liqasında çıxış edən türkiyəli Enes Kanterin atası tərəfindən övladlıqdan çıxarıldığı deyilir.

Onun ABŞ-da mühacir həyatı yaşayan və vətəni Türkiyədə dövlət çevrilişinə cəhddə günahlandırılan din xadimi Fətullah Gülənlə yaxın münasibətləri olduğu ilə bağlı şübhələr var.

Oğlunun aldadıldığını hesab edən Mehmet Kanter “Feto terror təşkilatı” haqqında danışıb.


Mehmet Kanterin oğlu haqqında dedikləri:

“Enesin Fetoçu terror təşkilatı tərəfindən hipnoz edilib istifadə olunduğunu düşünürük. İnsanlar səhv edə bilərlər. Səhvlərdən çəkinməyin qazanc olduğunu ona dəfələrlə dedik, ancaq inandıra bilmədik. Mən atası və bütün Kanter ailəsi Feto terror təşkilatı tərəfindən edilən çevriliş cəhdini qınayır və lənətləyirik. Enesi mən atası və Kanter ailəsi övladlıqdan çıxardırıq. İstəyirik tezliklə soyadını dəyişsin. Başda prezident və türk xalqı olmaqla hər kəsdən belə oğlum olduğu üçün utanc içində üzr istəyirəm.”

Enes Kanterin atası Mədəniyyət Universiteti müəllimi Mehmet Kanter haqqında bu günlərdə istintaq başladılmışdı.

1992-ci il təvəllüdlü Enes Kanter “Oklahoma City Thunder” klubunda çıxış edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru