Zelenski tezliklə Ərdoğanla görüşə bilər

22-02-2024, 11:54           
Zelenski tezliklə Ərdoğanla görüşə bilər
Ukrayna prezidenti Vladimir Zelenski yaxın vaxtlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə bilər.

32gun.az xəbər verir ki, görüşdə Ukrayna münaqişəsi müzakirə olunacaq. Türkiyənin TRT World telekanalı xəbər verir ki, bunu Albaniyanın baş naziri Edi Rama deyib .

Türkiyə lideri Albaniya Nazirlər Kabinetinin rəhbərinin Ankaraya səfəri zamanı dəvət alıb . O, Ərdoğana yaxın günlərdə Cənub-Şərqi Avropa ölkələrinin sammiti çərçivəsində prezident Zelenski ilə yüksək səviyyəli görüşün keçiriləcəyini bildirib. Rama bildirib ki, Türkiyə lideri dəvəti qəbul edib.

Yanvarda Ərdoğan Zelenski ilə telefon danışığı zamanı Ankaranın Ukraynada sülhə nail olmaq üçün vasitəçi olmağa və Rusiya ilə sülh danışıqları aparmağa hazır olduğunu bəyan etmişdi .












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru