AZAL-ın Ankara reysinin sərnişininin halı pisləşdi, xəstəxanaya aparılanda öldü

6-03-2025, 09:26           
AZAL-ın Ankara reysinin sərnişininin halı pisləşdi, xəstəxanaya aparılanda öldü
AZAL-ın Bakıdan Ankaraya uçan təyyarəsində sərnişin dünyasını dəyişib.

Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, bədbəxt hadisə Bakı - Ankara reysini həyata keçirən "Airbus A320" tipli təyyarədə baş verib.

Məlumata görə, halı pisləşən sərnişinə göyərtədəki heyət tərəfindən ilkin yardım göstərilib.

Lakin bütün səylərə baxmayaraq, təyyarə endikdən sonra sərnişin həyatını itirib.

Hava limanında hazır vəziyyətdə gözləyən tibbi heyət cənazəni təyyarədən təhvil alaraq, lazımi prosedurlara başlayıb.

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Ankaraya uçan təyyarədə sərnişinin ölməsi xəbərinə münasibət bildirib.

Qurumdan Oxu.Az-a verilən məlumata görə, təyyarədə halı pisləşən sərnişin təcili tibbi yardımla xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru