Türkiyə Rio-de-Janeyroda ilk medalını qazanıb

10-08-2016, 08:42           
Türkiyə Rio-de-Janeyroda ilk medalını qazanıb
Türkiyə milli komandası 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb.

"Report"un məlumatına görə, kişi ağırlıqqaldıranlar arasında 69 kq çəki dərəcəsində çıxış edən Daniyar İsmayılov gümüş medala sahib olub.

Türkmənistanlı legioner iki hərəkətin cəmində 351 kq (birdən 163 kq, təkanla 188 kq) nəticə göstərib. Qızıl medala 352 kq (162+190) ağırlığın öhdəsindən gələn çinli Jiyonq Şi, bürünc medala isə 339 kq (151+188) göstəriciyə malik qırğızıstanlı İzzat Artıkov sahib olub.
Qeyd edək ki, bu çəkidə Türkiyə ilə yanaşı, Qırğızıstan da ilk medalı əldə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru