Qazaxıstan məktəblərində dərs zamanı mobil telefonların istifadəsi qadağan edildi

24-02-2024, 16:54           
Qazaxıstan məktəblərində dərs zamanı mobil telefonların istifadəsi qadağan edildi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev təhsil haqqında qanunvericiliyə məktəblərdə dərs zamanı mobil telefondan istifadənin qadağan edilməsini təklif edən dəyişiklikləri imzalayıb.

Bu barədə Qazaxıstan liderinin Mətbuat Xidməti məlumat yayıb.

Qanun orta təhsil müəssisələrində mobil abonent qurğusundan istifadə qaydalarını təsdiq edir.

Bildirilib ki, qısamüddətli tədris planında tələb olunmadığı təqdirdə tələbələrə dərs zamanı mobil telefondan istifadə etməyə icazə verilməyəcək.
Sənəddə uşaqların birinci sinfə imtahansız qəbulu, uşaq bağçalarında yerlərin verilməsində vahid prioritetin təmin edilməsi, təhsil təşkilatlarında zorakılığa, intihara sövq edən, dini xarakterli məlumatların yayılmasının qarşısının alınması üçün tədbirlərin görülməsi də nəzərdə tutulur.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru