NATO sıralarında qulluq edən türk kontr-admiral ABŞ-dan sığınacaq istədi

10-08-2016, 12:14           
NATO sıralarında qulluq edən türk kontr-admiral ABŞ-dan sığınacaq istədi
Norfolkdakı NATO Birləşmiş Silahlı Qüvvələrinin mənzil-qərargahına ezam edilmiş türk zabit Türkiyədəki silahlı çevriliş cəhdindən sonra Amerika Biurləşmiş Ştatları hökumətindən sığınacaq istəyib.

Virtualaz.org “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu ABŞ tarixində ilk belə hadisədir.

Vaşinqtondakı Türkiyə səfirliyindən adının açıqlanmasını istəməyən mənbə bildirib ki. söhbət kontr-admiral Mustafa Uğurludan gedir. Ötən ay onun ünvanına həbs qərarı əks etdirilmiş order daxil olub və komandanlıq vətənə qayıtmağı əmr edib. Uğurlu isə fərqlənmə nişanlarını və vəsiqəsini bazada qoyaraq yoxa çıxıb. Bundan sonra “onun barəsində heç kim heç nə eşitməyib”.

Xatırladaq ki, iyulun 16-na keçən gecə Türkiyədə bir qrup hərbçi silahlı çevrilişə cəhd ediblər. Orduya nəzarət bərpa edildikdən sonra üsyanda iştirak edənlərin kütləvi həbsləri başlayıb.

Türkiyə hökuməti silahlı üsyanın təşkilində 1999-cu ildən ABŞ-da yaşayan müxalifətçi Fətullah Güləni günahlandırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru