Keçmiş MHP lideri Alparslan Türkeşin ölümü ilə bağlı Türkiyə mediasında yeni iddialar ortaya çıxıb. Belə ki, Alparslan Türkeşin dövründə partiyada müşavir işləyən Salih Gökçə iddia edib ki, mərhum partiya rəhbəri öz əcəli ilə ölməyib. Gökçə ülkücülərin liderinin zəhərlənərək öldürdüyünü iddia edib.
Türkeşin ölümündən iki gün əvvəl...
Salih Gökçənin sözlərinə görə, mərhum lider ölümündən bir həftə əvvəl səhhətində yaranan problemlərlə əlaqədar olaraq Almaniyadakı xəstəxanaların birində müayinə olunur. Müayinənin nəticələri normal çıxır. Türkeşə ciddi bir problemin olmadığı bildirilir. İki gün sonra isə Alparslan Türkeş infark diaqnozu ilə xəstəxanaya çatdırılsa da, vəfat edir. Salih Gökçənin iddialarına görə, MHP liderininin ölümündə fətullahçı qruplaşmanın əli var. Gökçə ölüm hadisəsininin yenidən araşdırılmasının vacib olduğunu bildirir.