Doğu Pərincəyin PKK lideri Abdullah Öcalanla mehriban dostlar FOTOSU

12-08-2016, 15:11           
Doğu Pərincəyin PKK lideri Abdullah Öcalanla mehriban dostlar FOTOSU
Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) keçmiş rəhbərlərindən Məhməd Eymür Türk İşçi Partiyasının sədri Doğu Pərincəyin PKK lideri Abdullah Öcalanla çəkdirdiyi fotoşəklin tarixi barədə sensasiyalı açıqlama verib.

Axar.az xəbər verir ki, keçmiş kəşfiyyatçı Aydınlıq hərəkatının solu (Sol hərəkatı. – red.) yox etmək üçün yaradıldığını, həmin fotoşəkli isə şəxsən özünün yaydığını deyib:

“Fətullah Gülən təşkilatının digər bənzəri aydınlıqçılardır. Bunlar da sola qarşı qurulmuş, solu bitirmək üçün yaradılmış bir təşkilatdır. 1972-ci ildə onların ev-ev axtarıldığı zaman bir ingilisin evində yaxaladıq. Bunların hər şeyini çox yaxşı bilirəm. Doğu Pərincəyin PKK ziyarətindəki fotoşəklini də mən yaymışam”.

Doğu Pərincək məsələyə münasibət bildirməyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru