Çindən Türkiyəyə etiraz: “Əlavə vergi tətbiq etməyin”

14-06-2024, 17:13           
Çindən Türkiyəyə etiraz: “Əlavə vergi tətbiq etməyin”
Çin Türkiyənin bu ölkədən idxal etdiyi bütün yanacaq növlərinə aid minik avtomobillərinə əlavə vergi tətbiq etməsinə reaksiya verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Çinin Ticarət Nazirliyi Türkiyənin əlavə vergi qərarına qəti şəkildə qarşı çıxdıqlarını və ayrı-seçkilik səciyyəsi daşıyan tariflərin aradan qaldırılmasına çağırdıqlarını bildirib.

Bəyanatda Çin şirkətlərinin hüquqlarının müdafiəsi üçün bütün lazımi addımların atılacağı bildirilib.

Xatırladaq ki, Türkiyə bu həftə Çindən gətirilən minik avtomobillərinə əlavə vergi tətbiq etmək qərarına gəlib.

“Rəsmi Qəzet”də dərc olunan nizamnaməyə görə, hazırda elektrikli avtomobillərə tətbiq edilən 40 faizlik vergi bütün yanacaq növlərindən olan nəqliyyat vasitələrinə də tətbiq ediləcək. Bu vergi mövcud 10 faizlik gömrük rüsumuna əlavə olaraq tətbiq olunacaq.

Bundan əlavə, tənzimləmə ilə Çin mənşəli nəqliyyat vasitələri üçün ən aşağı gömrük rüsumu 7 min dollar olaraq təyin olunub.

Türkiyə bu üsulla öz yerli avtomobil istesalçılırını rəqabətədavamlı duruma gətirmək fikdirndədir. Bu isə avtomatik olaraq Çin avtomobillərinin bazarını daraldır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru