Atatürk və Marşal Fevzi Çakmağ

25-06-2024, 09:14           
Atatürk və Marşal Fevzi Çakmağ
Atatürk Marşal Fevzi Çakmağa xüsusi hörmət bəslərdi. Marşal spirtli içki qəbul etmir, beş vaxt namazında çox dürüst və fəzilətli bir insan idi. Atatürk və Marşal səyahətləri zamanı ezamiyyət xərcliyi (yolluq) almazdılar.
Marşala yolluq təklif edildikdə "Təftişə hərbi maşınlarla getdik. Ordu Evində yedik, içdik, orda yatdıq, qalxdıq. Vəzifəmizi yerinə yetirib geri qayıtdıq. Yolluq nədir?" deyirdi. Bu səbəblərdən Atatürkün Marşala çox fərqli bir ehtiramı vardı.
Paşa Marşalla bərabərkən axşam yeməyində masaya heç bir içki qoyulmadı, ancaq limonad. Marşal hər dəfə yeməyə gələndə Atatürk bunu dəfələrlə xatırlatdı - səhvən süfrəyə içki gətirilməsinin qarşısı alındı.
Mənbə: Muzaffer Kılıç, Halil Nuri Yurdakuldan
İbrahim Nebioğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru