Fidandan yunanlara xəbərdarlıq: Siz də yanarsınız!

25-06-2024, 11:36           
Fidandan yunanlara xəbərdarlıq: Siz də yanarsınız!
Cənubi Kiprin (yunan administrasiyası) Qəzzaya qarşı əməliyyatlarda bəlli ölkələr tərəfindən baza kimi istifadə edilməsini kəşfiyyat məlumatlarında daim görürük.

Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Bunu gündəmə gətirəndə, anidən logistik baza elan etdilər. Oranın hərbi baza təyinatını gizlətməyə çalışdılar. Yaxın Şərq əməliyyatlarında bu bazadan istifadə edilməsinin Cənubi Kipr və Yunanıstana faydası olmaz. Yaxın Şərqdə davam edən müharibədə tərəf olsanız, o alov sizi də yaxalaya bilər. Eyni regiondayıq”, - deyə nazir bildirib.
Mənbə: axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru