90 yaşlarında möhtəşəm əsərlər yaradan Halil İnalcıq xoca

9-09-2024, 07:14           
90 yaşlarında möhtəşəm əsərlər yaradan Halil İnalcıq xoca
Halil bəy hələ də istifadə etdiyimiz “Tanzimat və Bolqar Məsələsi” adlı doktorluq dissertasiyasını 22 yaşında ikən tamamladı. Nə İstanbulda və ya Anadoludakı missioner məktəblərində oxumuşdu, nə də Avropaya getmişdi. 36 yaşında ilk dəfə ABŞ və İngiltərəyə gedəndə burada öyrəndiyi ingilis, fransız və alman dilləri ilə dünyaya uyğunlaşdı. Avstriyalı Paul Wittek xatirələrində gənc Halil İnalcığın mükəmməl almancası olduğunu yazır. Həvəs və çalışqanlığının sərhəddi yox idi və 50 yaşlarında Çikaqoda italiyanca öyrəndi. Niyə bilirsizmi? Genuyalıların çox olduqları Krımdakı Kefe şəhərinin Osmanlı təhrir kitabını nəşr edib, şərh etmək üçün Genuya sənədlərini və Genuya tarixçilərinin yazılarını oxumalı idi. 90 yaşlarında belə əsərlər yaratmaq heç bir tarixçiyə nəsib olmamışdır. “Has-Bağçede Ayş u Tarab” əsəri onun Osmanlı Divan Ədəbiyyatı və Fars ədəbiyyatı ilə bağlı biliyini, ustalığını və yaxşı təhsilini göstərir. Onun təfsirinin gücünə heyran olmamaq mümkün deyil.
–Prof. Dr. İlber Ortaylı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru