Narinin anası, atası və qardaşı SAXLANILDI

9-09-2024, 09:45           
Narinin anası, atası və qardaşı SAXLANILDI
Türkiyənin Diyarbəkir şəhərində meyiti tapılan 8 yaşlı Narin Güranın istintaqı ilə bağlı 21 nəfər saxlanılıb.
TEREF Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılanlar arasında onun anası Yüksel Güran, atası Arif Güran və qardaşı da var.

Şübhəlilərin dindirilməsi davam edir.

Xatırladaq ki, Narin Güranin qardaşı daha əvvəl də istintaq çərçivəsində saxlanılmışdı.

Onu da bildirək ki, hadisə ilə bağlı azyaşlının əmisi, həm də Tavşantəpə kəndinin muxtarı olan Sami Güran həbs edilib./Redaktor.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru