Konya düzənliyindən inanılmaz görüntülər: 24 çuxur bir kadrda

21-09-2024, 10:26           
Konya düzənliyindən inanılmaz görüntülər: 24 çuxur bir kadrda
Türkiyənin Konya düzənliyində iqlim dəyişikliyi, quraqlıq və yeraltı suların nəzarətsiz istifadəsi nəticəsində qəfil əmələ gələn dairəvi çuxurların sayı günü-gündən artır. Bu vəziyyət bölgə sakinlərini ciddi narahat edir.

Oxu.Az-ın verdiyi məlumata görə, Türkiyə mediasında karst çuxurlarının görüntüləri yayılıb. Onların arasında hətta 24 çuxurun bir kadrda olduğu görüntü də var.

Bildirilir ki, video Karapınar rayonunun şimal-qərbində yerləşən Reşadiye məhəlləsindəki əkin sahələrində çəkilib. Bildirilir ki, burada 5 metrə qədər ara məsafəsi olan müxtəlif ölçülü 100-dən çox çuxur müəyyən edilib.

Elm adamları, bölgədə kənd təsərrüfatı sahələri və yaşayış məntəqələri olduğu üçün vəziyyətin ciddi təhlükə yaratdığını bildiriblər. O da vurğulanır ki, Konya vilayətində ümumi sayı 620-yə çatan iri və kiçik ölçülü çuxurlar var.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru