İranın Qərbi Azərbaycan vilayətində kənd sakinləri daş-kömür mədənlərinin dağıdıcı fəaliyyətinə etiraz edir

Bu gün, 11:34           
İranın Qərbi Azərbaycan vilayətində kənd sakinləri daş-kömür mədənlərinin dağıdıcı fəaliyyətinə etiraz edir
Qərbi Azərbaycanın vilayətinin cənubunda yerləşən Barı (Baruq) bölgəsində bir neçə kəndin sakinləri ətraf mühitə zərər verən daş mədənlərinin fəaliyyətinə etiraz edirlər.

Güney Azərbaycan Televiziyası (Günaz TV), Araz News xəbər saytı və sosial media kanallarında yayılan məlumata əsasən kənd sakinləri ən son cümə günü mədənlərə yaxın bölgələrdə əllərində plakatlarla aksiya təşkil ediblər.

Plakatlarda yazılanlara əsasən, etirazçılar o cümlədən mədənlərin yerləşdiyi Öküz dağının dağdılmasına etiraz bildirir.

Əhali həmçinin deyir ki, mədənlərin fəaliyyəti nəticəsində yaranan toz-duman tənəffüs xəstəliklərinə yol açıb və əkinçilik fəaliyyətlərini təsir göstərib.

Bazarın Mədəni Etirazı adlı Telegram kanalının yaydığı məlumata görə, “mədən işində istifadə olunan sənaye maşınları bölgə kəndlərində içməli suyun böyük hissəsini təmin edən bəzi şirin su bulaqlarının məhv olmasına səbəb olub.

Bölgə əhalisi mədənlərin fəaliyyəti nəticəsində ətraf mühitin geniş miqyasda zərər görməsi, bulaqların və yeraltı su resurslarının məhv edilməsi, içməli suyun çirklənməsi, otlaqların məhv olunması və əkin ərazisinin dağıdılmasını önə çəkərək mədənlərin qapadılmasını tələb edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.