Təbriz həbsxanasında iki məhkum asılıb

Bu gün, 11:54           
Təbriz həbsxanasında iki məhkum asılıb
Hüquq müdafiəçiləri Təbrizdə daha əvvəl edama məhkum olmuş iki məhbusun cəzasının tətbiq edildiyini bildiriblər.

HRA agentliyi və Norveçdə yerləşən İran İnsan Haqları (IHR) qrupu kimi mənbələr cümə günü bu barədə məlumat yayıblar. Mənbələr edam hökmlərinin bir neçə gün əvvəl icra edildiyini bildiriblər.

Hüquq müdafiə qurumları ayrı-ayrı işlərdə adam öldüməkdə təqsirli bilinən şəxslərin adlarının Ərəstu Səfərqumi və Rəsul Purmacid olduğunu açıqlayıblar.

“45 yaşlı Rəsul Purmacid bir çayxana işlədirdi və öz çayxanasında qəsdən adam öldümək ittihamı ilə saxlanılıb və edama məhkum olunub. 35 yaşlı Ərəstu Səfərqumi isə 2 il 6 ay əvvəl qətl ittihamı ilə tutulu,b” IHR qrupu bildirib.

İranda “qəsdən adam öldümək”dən təqsirli bilinən şəsxlər qisasa məhkum olunur. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, İran qanunlarında qətl aktının dərəcələndirilməməsi səbəbilə niyyət, şiddət və şəraitə baxılmadan təqsirli bilinən bütün şəxslər ölüm cəzasına məhkum olunur.

Təqsirləndirilən şəxs məhkum edildikdən sonra qurbanın ailəsindən qisas, diyə və əfv arasında seçim etmələri tələb olunur. “Diyə” şəriət qanunlarına görə hesablanan təzminat növüdür.

Hüquq müdafiəçilərinin yaydığı hesabatlara əsasən, bir çox hallarda məhkumlar qurbanın ailəsini diyə almağa razı etsə də, məbləği verilən möhlətə qədər ödəyə bilmədiklərinə görə edam edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.