Ərdoğan ABŞ-da Bəşər Əsədlə görüşə bilər

22-09-2024, 12:57           
Ərdoğan ABŞ-da Bəşər Əsədlə görüşə bilər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Bəşər Əsədlə görüşə hazır olduğunu bəyan edib.

Bizim.Media xəbər verir ki, Ərdoğan bu barədə Ərdoğan ABŞ səfəri öncəsi hava limanında jurnalistlərə bildirib.

“Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması naminə Bəşər Əsədlə görüş keçirmək istədiyimizi bildirdik. Biz prezidentlər səviyyəsində danışıqlara hazırıq. Ümid edirəm ki, bu görüş baş tutacaq. Qarşı tərəfdən cavab gözləyirik”, - deyə Ərdoğan qeyd edib.


Qeyd edək ki, Türkiyə lideri BMT Baş Assambleyasında iştirak üçün ABŞ-a səfər edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru