Türkiyədə turistləri daşıyan avtobus aşdı: Çox sayda xəsarət alan var

Bu gün, 16:08           
Türkiyədə turistləri daşıyan avtobus aşdı: Çox sayda xəsarət alan var
Türkiyənin Nevşehir şəhəri yaxınlığında turistləri daşıyan avtobusun aşması nəticəsində 15-i turist olmaqla 18 nəfər xəsarət alıb.

"Hürriyet" xəbər verir ki, avtobus Kapadokiyanın məşhur turizm bölgəsinin yerləşdiyi Nevşehirdən Alanyaya (Antalya vilayəti) gedirmiş.

İlkin məlumata görə, sürücü idarəetməni itirib və nəticədə qəza baş verib. Hadisə yerinə həkimlər və polislər gəliblər. Zərərçəkənlər xəstəxanalara çatdırılıblar.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.