Trabzonda sel Qara dənizin rəngini dəyişdi

23-09-2024, 17:34           
Trabzonda sel Qara dənizin rəngini dəyişdi
Türkiyənin Trabzon vilayətinin şərq rayonlarında yağan güclü yağışdan sonra dərələrdən axan palçıqlı su Qara dənizin rəngini dəyişib.

Bu barədə "Haber Global" məlumat verir.

Leysan sonrası meydana gələn seldə itkin düşən eşitmə məhdudiyyətli Əli Kamal Dəmirin axtarışları davam edir.

Təbiət hadisəsi nəticəsində küçə və prospektlər su ilə dolub, bəzi evlərin və iş yerlərinin alt mərtəbələri və zirzəmiləri su altında qalıb. Sürmene və Əraklı rayonlarında 12 məhəllədə meydana gələn sel, torpaq sürüşməsi və daşqınlarda 93 iş yeri, 7 yaşayış evi və 120 hektar kənd təsərrüfatı sahəsi zərər görüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru