Türkiyədə polis qatilə zibil torbası geyindirib, zooavtomobilə mindirdi

24-09-2024, 15:24           
Türkiyədə polis qatilə zibil torbası geyindirib, zooavtomobilə mindirdi
Türkiyədə 26 cinayətdə əli olan şübhəli şəxsə qarşı polisin gördüyü tədbirlər təəccübləndirib.

Haber Global xəbər verir ki, polis məmurunun qətlində şübhəli bilinən Yunus Əmrə Geçti polis şöbəsinə aparılarkən maraqlı görüntülər qeydə alınıb.

İlk növbədə, 19 yaşlı cinayətkarın əyninə qara zibil torbası keçirilib. O, iki qadın polis tərəfindən heyvanları daşımaq üçün nəzərdə tutulan avtomobilin arxa hissəsinə salınaraq şöbəyə aparılıb.

Qeyd edək ki, əvvəlcə Geçti motosiklet oğurladığı üçün saxlanılıb. O qaçmağa çalışarkən polis Şeyda Yılmazın silahını qəfil ələ keçirərək ona atəş açıb. Qadın polis aldığı güllə yarasından həlak olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru