Məşhur Türkiyə filmi İspaniyada nümayiş etdiriləcək

Bu gün, 15:38           
Məşhur Türkiyə filmi İspaniyada nümayiş etdiriləcək
İspaniyanın Əndəlüs bölgəsinin Sevilya şəhərindəki "Cinesur Nervion Plaza" adlı məkanda Türkiyənin kult sayılan ekran işlərindən biri olan "Dünyayı kurtaran adam" (Dünyanı xilas edən adam") filminin bərpa edilmiş versiyası nümayiş olunacaq.

Bu barədə Haber Global xəbər verir.

Film sentyabrın 18-də "Star Wars Turco" ("Türk ulduz müharibələri") adı ilə nümayiş olunacaq.

Filmi təsvir etmək üçün "bir kosmos dastanı" ifadəsindən istifadə edilib. Uzaq bir planetdə çarəsiz qalan və planetin sakinlərinə şər qüvvələri məğlub etməyə kömək edən iki türkün hekayəsindən bəhs edir.

Türkiyədə 1982-ci ildə nümayiş olunan və baş rollarda məşhur aktyorlar Cüneyt Arkın və Aytekin Akkayanın çəkildiyi filmdə "Indiana Jones" ("İndiana Cons") filmlərinin musiqilərindən istifadə edilib.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.