Qumarda itirdiklərini açıqladı - 10-15 ev...

Bu gün, 08:53           
Qumarda itirdiklərini açıqladı - 10-15 ev...
Uzun illər qumar borcu ilə tanınan və borclarını son günlər ödədiyini deyən Serdar Ortaç bu günə qədər qumarda maddi cəhətdən nələr itirdiyindən danışıb.

News24.az xəbər verir ki, “Serbest Vuruş” verilişinə qonaq olan Ortaç qumar borclarına görə uzun müddət çətin anlar yaşayıb.

Daha əvvəl 15 milyon TL borcunu ödədiyini deyən Serdar Ortaç "Qumarda nə qədər pul uduzdun?" sualına aydın cavab verib.

Serdar Ortaç, "Pul bitdi, bütün qazancımı yedim. Bu işdən 1 lirə qazana bilməzsən. Çox pul itirdim, rəqəm deyə bilmərəm, 10-15 ev getdi, hər yerdə var idi. Əli Sami Yen stadionunun yanında 11 mərtəbəli göydələnim var idi, belə düşünün."

Yalnız yaşadığı evin əlində olduğunu deyən Serdar Ortaç hələ də borclarının olduğunu bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.