Bu olmadan Türkiyə birtərəfli addım atmayacaq

26-09-2024, 15:14           
Bu olmadan Türkiyə birtərəfli addım atmayacaq
Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Nyu-Yorkda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünü müsbət qiymətləndirmək olar. Birincisi, Ərdoğan Paşinyanı ayağına gətirib, görüş BMT binasının yanındakı Türk Evində keçirilib.
Ərdoğanın Paşinyana təqdim etdiyi “Daha ədalətli dünya mümkündür” kitabında Türkiyənin regonal maraqları əks olunub.
Paşinyan həmin kitabı oxumasa belə, həmin kitabla şəkil çəkdirməsi onun Ərdoğanın mesajını qəbul etməsi anlamına gəlir.
İkincisi, Ərdoğan bu görüşdə Paşinyana bir daha anladıb ki, Ermənistan Türkiyə ilə sərhədin açılmasını və diplomatik münasibətlərin bərpasını istəyirsə, ilk növbədə Azərbaycanla sülh sazişi imzalamalı və Zəngəzur dəhlizinin açılmasını təmin etməlidir.
Bu olmadan Türkiyə birtərəfli addım atmayacaq.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru